YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın 2019-2022-ci illər üzrə Ortamüddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 3,45 milyard, səhm kapitalı isə 2,3 milyard avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 faiz paya malikdir. Bank fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 34 layihə üzrə 339 milyon avro məbləğində kredit ayırıb.