YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Vəliyev: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər

Bərpaolunan enerji mənbələri sahəsinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər.

Bu sözləri dekabrın 14-də “Bərpaolunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövzusunda "dəyirmi masa"da energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir müavini müvafiq Strateji Yol Xəritəsinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son dövrlərdə görülən işlərdən danışıb. Bildirib ki, bərpaolunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər: "Bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanılıb".