Xəbərlər
Mahmud Məmməd-Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi martadək imzalana bilər
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi mart ayınadək imzalana bilər.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini bildirib ki, saziş hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.