YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı

“Ötən illərlə müqayisədə, bu il də Azərbaycan idmançıları fəallıq göstərdilər, çoxlu sayda qızıl, gümüş, bürünc medallar qazandılar və bayrağımızı dəfələrlə xarici dövlətlərdə, ölkəmizdə keçirilən tədbirlərdə yüksəklərə qaldırmağa nail oldular”. Bu fikri MOK-un vitse-prezidenti Xəzər İsayev deyib.

X.İsayev bildirib ki,  bu il əksər federasiyaların idmançıları nailiyyətlər qazanıblar. Onun sözlərinə görə,  cari il də gimnastika, güləş, boks, taekvondo, karate və digər növlərdə yüksək fəallıq müşahidə olundu. Gimnastika üzrə çox gözəl nailiyyətlərimiz oldu.

“Bu il yeniyetmələr arasında Olimpiya Oyunlarına 17 idmançı ilə qatılan millimiz 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Bədii gimnastımız Yelizaveta Luzan isə qarışıq komandanın tərkibində qızıl medal qazanıb. İdmançılarımın həm böyüklər, həm gənclər və ən əsası, yeniyetmələr arasında nəticə verməsi Azərbaycanın gələcəyindən xəbər verir, gələcəyə aparan yol kimi qiymətləndirilir. Çox məmnunam ki, Azərbaycanın yeniyetmə idmançıları belə mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edirlər.2018-ci ildə də ölkəmizdə mötəbər idman yarışları - dünya, Avropa çempionatları, Dünya Kubokları və Formula 1 üzrə Azərbaycan Qran Prisi uğurla təşkil edildi. Qarşıdakı əsas məqsədlərdən biri 2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalını yüksək səviyyədə təşkil etmək və idmançılarımızın uğurlu çıxışlarıdır. İdmançılarımız növbəti Avropa Oyunlarında da iştirak edəcəklər. Bütövlükdə, 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı”-deyə, X.İsayev qeyd edib.