YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Ötən 15 il Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir

“Ötən 15 il Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrün nailiyyətləri yalnız iqtisadi, sosial və mədəni sferaların sürətli inkişafı ilə deyil, həm də cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən əsaslı islahatlar, institusional dəyişikliklər və innovasiyalara əsaslanan səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması ilə səciyyələnir”. Bu fikirləri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, 2003-cü ildən başlayaraq həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz malik olduğu resurslardan, geosiyasi və geoiqtisadi üstünlüklərdən bacarıqla istifadə edərək, dünya iqtisadiyyatına və dünya birliyinə milli maraqların prioritetliyi əsasında ən rasional şəkildə inteqrasiya olunmuş, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasına nail olmuş, sosialyönümlü bazar iqtisadiyyatı modelinə keçidi tam başa çatdırmışdır. Təbii ki, bu dövr ərzində Azərbaycanın keçdiyi yol və əldə etdiyi uğurların miqyası, çəkisi və əhatə dairəsi o qədər geniş və çoxşaxəlidir ki, onların ən qısa xronologiyasını belə bir məqalədə əks etdirmək qeyri-mümkündür. Hesab edirik ki, bu dövrdə baş verən bütün proseslərin, aparılan siyasətin, qazanılan uğurların istər nəzəri-metodoloji cəhətdən, istərsə də sosial-iqtisadi, ictimai-fəlsəfi, hüquqi və dövlətçilik praktikası baxımından hərtərəfli və sistemli elmi araşdırılması olduqca vacib və əhəmiyyətlidir.
“İlk öncə bu dövrün ən mühüm nailiyyəti kimi Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və onun müasir dövrün tələb və çağırışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev tərəfindən son 15 ildə aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edilmiş, ictimai-siyasi sabitlik bərqərar olunmuş, iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradılmış və onun beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəlmişdır. Bu 15 ildə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, sözün tam mənasında əbədi və dönməz xarakter almışdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən tam müstəqil bir dövlətdir və heç kimdən aslı olmayaraq, öz milli maraqlarına uyğun siyasət həyata keçirmək iqtidarındadır ki, bu da son 15 ildə əldə etdiyimiz ən böyük uğur və dəyər kimi qiymətləndirilməlidir. Azərbaycan öz dövlətçilik tarixində heç vaxt indiki qədər müstəqil olmamışdır”-deyə, deputat qeyd edib.