Xəbərlər
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm.”