Xəbərlər
Bakıda İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda V konfrans keçiriləcək
Oktyabrın 20-21-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda V konfrans keçiriləcək.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil ediləcək konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə olunacaq.
Tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir.