YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq

«Ölkəmizin ixrac potensialı artırılmalıdır. Bu məsələ ilə bağlı çox böyük işlər görülüb və yeni imkanlar açılmaqdadır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bldirib ki, xüsusilə, kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranıb. Onun sözlərinə görə, bu imkanlardan səmərəli şəkildə istifadə olunmaqdadır.

«Bunun üçün daxili bazarı daha çox Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq. Təbii ki, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hazırda bu sahədə xidmət sektoru Azərbaycanda xüsusi yer tutur. Bu ilin “Sənaye ili” olması ilə sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilib. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılıb. Düşünürəm ki, yaxın zamanda özümüzü sənaye məhsulları ilə tam şəkildə təmin edəcəyik»- deyə, komitə üzvü qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv