Xəbərlər
Azərbaycanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin, Energetika Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçiləri daxildir.
Səfər çərçivəsində Elmar Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.