Xəbərlər
Fələstinin xarici işlər naziri Azərbaycana səfərə gəlir
Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki oktyabrın 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Riyad əl-Maliki ölkəmizdə bir sıra görüşlər keçirəcək.
Oktyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.