YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Le Honq Anh: Azərbaycan Prezidentinin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafına əsaslı töhfə verdi

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşündə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Le Honq Anh görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına əsaslı töhfə verdiyini dedi. O, əlaqələrimizin daha da genişlənməsi üçün böyük potensialın olduğunu bildirdi. Nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin, müqavilə-hüquq bazasının genişləndirilməsinin münasibətlərimizin inkişafında əhəmiyyətini vurğulayan Le Honq Anh hər iki ölkənin bir sıra sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini söylədi.

Elmar Məmmədyarov Azərbaycan ilə Vyetnam arasında tarixi əlaqələrin olduğunu bildirdi, ikitərəfli münasibətlərin dinamik inkişafının məmnunluq doğurduğunu qeyd etdi. Hələ SSRİ vaxtında ümummilli lider Heydər Əliyevin Vyetnama səfər etdiyini xatırladan E.Məmmədyarov əlaqələrimizin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin xüsusi rol oynadığını diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verən nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv