Xəbərlər
Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılışı sentyabrın 18-də olacaq
Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.
Bu barədə Trend "Arianespace" şirkətinin açıqladığı kosmik buraxılışların siyahısına istinadən məlumat verir.
“Azerspace-2/Intelsat 38” peyki “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, “Horizons 3e” peykini də aparacaq.
Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.