Xəbərlər
MM-in deputatı: Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır
“Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlər öz müsbət təsirini göstərmiş oldu. Səfərdən sonra bu münasibətlər həm iqtisadi, həm də siyasi sahədə daha da inkişaf edəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Onun sözlərinə görə, Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü kimi mövqeyinin digər beynəlxalq təşkilatlarda təsdiqlənməsi və ifadə etməsini istəyirik.
«Almaniya-Azərbaycan əlaqələrinin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə də öz müsbət təsirini gözləyirik. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, Aİ ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Almaniya Aİ-nin lokomativ ölkəsi sayılır və bu səfər Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür»-deyə, komitə üzvü vurğulayıb.