Xəbərlər
Uşaq evlərinin sakinləri Mehriban Əliyevaya ad günü hədiyyəsi edib: “Qoy həmişə Günəş olsun, Siz də olun həmişə!”
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları hər bir zaman diqqətdə saxlayır, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili və hətta uşaq evlərini tərk etdikdən sonra mənzillə, işlə təmin olunmaları əsl ana qayğısı və nəvazişi ilə daim nəzarətdə saxlanılır.
Bir ana kimi uşaqların da Mehriban xanıma sevgiləri sonsuzdur. Bu səbəbdən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibəti orijinal üslubda təbrik ediblər. Belə ki, müxtəlif uşaq evlərinin sakinləri Mehriban xanıma oz ürək sözləri və arzuları ilə dolu məktublar ünvanlayıblar.
Hər sətri sevgi və doğmalıqla dolu olan uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların bu təbrik məktubları Mehriban xanıma xoş sürpriz və gözəl hədiyyə olub:
"Qoy həmişə Günəş olsun, Siz də olun həmişə! Biz Sizi çox sevirik!"
"Mehriban ana, siz çox gözəlsiniz, qəlbinizin gözəlliyi daim gözlərinizdə əks olunur. Sizin qayğınız hər zaman bizim rahatlığımızı təmin edir. Sizi çox sevirik!"
"Uşaqların sevimlisi, əziz Mehriban xanım! Biz Sizin qayğı və diqqətinizi hər zaman hiss edirik. Bütün bayramlarda bizim sevincimizə sevinc qatırsınız, buna görə sizə təşəkkür edirik".
"Mehriban ana, sağ olun ki, sağlamlığımızı qoruyursunuz. Sizin sayənizdə bizim həyatımız xoş və sevincli günlərlə dolu keçir".
"У вас самое доброе и чуткое сердце! В нем никогда не гаснет Любовь. Вы – человек, который может заменить всех, но Вас никто и никогда заменить не сможет! Спасибо за вашу прекрасную улыбку!"
"Siz çox gözəl və mehribansınız. Arzu edirəm ki, bu təbəssüm heç vaxt üzünüzdən çəkilməsin. Ad gününüz mübarək! Sizə məhəbbətim sonsuzdur".
"Когда я вырасту, я мечтаю стать такой же красивой, доброй и умной, как Вы! Хочу приносить пользу нашей стране и помогать детям и взрослым. Люблю Вас".
"Я знаю, как страдают тяжело больные дети, как кажется, что они одни, наедине со своей болезнью, но вы всегда в тяжелые минуты рядом с каждым из них. И тогда они больше не чувствуют себя одинокими. Спасибо вам за тепло и заботу!"
"Mehriban ana, ən böyük hədiyyəniz Sizin bizə göstərdiyiniz isti Ana münasibəti, Ana nəvazişi, Ana qayğısı və Ana sevgisidir. Hər şeyə görə nə qədər təşəkkür etsək, yenə də azdır. Bir daha ad gününüzü təbrik edirik!"
"Нежная, добрая, ласковая, необходимая. Вы для нас очень важны. Бог создал Вас для того, чтобы Вы всегда были рядом с нами. Мы Вас очень любим!"
"Əziz Mehriban xanım, sağ olun ki, təhsil almağımızda köməyinizi əsirgəmirsiniz. Biz gələcəyimizə ümidlə baxırıq".
"Вас с днем рожденья поздравляем
И Вам спасибо говорим,
Пусть солнце так Вас освещает,
Как Вы сияете другим!"
"Siz bizi hər zaman düşünürsünüz. Sizə minnətdarıq. Biz sizi çox sevirik".
"Mehriban xanım, siz çox gülərüz, çox gözəlsiniz. Biz sizi dünyalar qədər sevirik. Siz bizim anamızsınız və bundan sonra da həmişə bizim yanımızda olun".
"Əziz Mehriban xanım, nə yaxşı ki, varsınız və hər zaman bizimləsiniz. Sizə çox təşəkkür edirik!"
"Sizin uşaqlara olan sevginiz, məhəbbətiniz heç vaxt tükənməsin. Ömrünüz uzun olsun. Həyatınız gözəlliklərlə dolu olsun".
"Добрая фея, которая исполняет желания детей. Поздравляю Вас с днем рождения. Пусть ангелы Вас берегут".
"Mehriban ana, istəyirəm ki, həmişə üzünüz gülsün, həmişə bizim yanımızda olasınız. Sizi lap çox sevirəm".
"Спасибо Вам за волшебство, за доброту, за Вашу прекрасную улыбку. Спасибо Вам за яркое солнце, за мирное небо, за весну и за лето! Ваша доброта согревает наши сердца! Мы всегда чувствуем Ваше присутствие".
Trend-in ən mühüm və