Xəbərlər
Şahin İsmayılov: Azərbaycan dünya siyasətində söz sahibi olan dövlətdir
«Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri əhəmiyyətlidir. Səfər zamanı ölkə Prezidenti İlham Əliyevlə görüş keçirildi və müxtəlif məsələlər üzrə müzakirələr aparıldı. Angela Merkel Azərbaycanı Cənubi Qafqazın aparıcı lider dövləti kimi səciyyələndirdi». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, Azərbaycan Almaniyanın bu regionda ən böyük iqtisadi tərəfdaşıdır. Onun sözlərinə görə, artıq Azərbaycan dünya siyasətində söz sahibi olan dövlətdir.
«Hesab edirəm ki, Azərbaycan - Almaniya əlaqələri daha da inkişaf edəcək. Artıq Azərbaycan bütövlükdə dünya siyasətinə təsir etmək qabiliyyətinə malik olan bir ölkəyə çevrilib. Avropanın enerji təhlükəsizliyinin təminatında artıq Azərbaycan mühüm rol oynayır. Biz təbii ehtiyatlarımızı dünya bazarına, xüsusilə Avropa bazarına çıxarırıq və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan başqa çox mühüm strasteji nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Böyük meqalayihələr icra olunur, Azərbaycan öz uğurlu siyasəti ilə öz ərazisini təkcə region üçün deyil, bütövlükdə qitə üçündə əhəmiyyətli bir rola gətirib çıxara bilib. Azərbaycanın razılığı olmadan bu regionda hər hansı bir böyük layihə həyata keçirilə bilməz. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi qüdrətindən xəbər verir»-deyə, deputat qeyd edib.