Xəbərlər
Kamilə Əliyeva: Ölkəmiz sivilizasiyalararası dialoqa mühüm töhfələr verir
«Ölkəmiz sivilizasiyalararası dialoqa mühüm töhfələr verir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib.
«Azərbaycanda din-dövlət münasibətləri yüksək tənzimlənib. Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır»-deyə, deputat qeyd edib.