Xəbərlər
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
Avqustun 21-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin dəvəti ilə Minskə səfəri başlayıb.
Avqustun 24-dək davam edəcək səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə olunacaq, işbirliyinin inkişafı üçün perspektivli sahələr müəyyənləşdiriləcək.