Xəbərlər
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə səkkiz ayda 14 milyon ton yük daşınıb
Yanvar-avqust aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 14 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, orta hesabla gündə 594 vaqon yüklənib, 606 vaqon boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,4 min ton, Qərb istiqaməti üzrə 7,1 min ton və Cənub istiqaməti üzrə 5,8 min ton yükləmə işi yerinə yetirilib.