YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: AŞPA-nın qəbul etdiyi sənədlərin yerinə yetirilməsi üçün xüsusi mexanizmin olmaması ciddi narahatlıq yaradır

«AŞPA Avropada sabitliyin və təhlükəsizliyin qorunması ilə bağlı qərarlar və qətnamələr qəbul etsə də onların yerinə yetirilməsi üçün xüsusi mexanizmin olmaması ciddi narahatlıq yaradır». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev qurumun payız sessiaysında çıxışı zamanı deyib.

R.Rzayev bildirib ki, bu qərarların və qətnamələrin yerinə yetirilməməsinə görə məsuliyyət diqqətdən kənarda qalır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə AŞPA tərəfindən alt komitənin yaradılmasına baxmayaraq, bu strukturun fəaliyyətinin canlandırılması istiqamətində addımların atılmaması təəssüf doğurur.

«Bu məsələdə nəticə əldə edilməməsində əsas məsuliyyət alt komitənin fəaliyyət göstərməməsinə hər vəchlə cəhd göstərən Ermənistan nümayəndə heyətinin üzərinə düşür. Təəccüblüdür ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində son bir il ərzində demək olar ki, praktik addımlar atmır. Bu da münaqişə zonasında vəziyyətin getdikcə gərginləşməsinə səbəb olur. Cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması dinc mülki insanların həyatlarına son qoyulması, girov və əsir götürülməsi ilə nəticələnir»- deyə, R.Rzayev qeyd edib.