Xəbərlər
BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycanda səfərdədir
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark Azərbaycanda səfərdədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirdiyi brifinqdə H.Klark bildirib ki, səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında innovativ tərəfdaşlığın yeni imkanlarının öyrənilməsidir.
Azərbaycanı orta gəlirli ölkə kimi görməkdən məmnunluğunu bildirən H.Klark BMT-nin İnkişaf Proqramı ilə ölkəmiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Səfər çərçivəsində UNDP-nin rəhbəri oktyabrın 2-3-də keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumunda da iştirak edəcək. O, həmçinin ölkəmizdə bir sıra görüşlər keçirəcək,
Sumqayıtda SYSLAB Mərkəzi və “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olacaq.