Xəbərlər
Azərbaycan Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclasında təmsil olunur
Oktyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclası işə başlayıb.
İcraiyyə şurasının iclasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 4-dək davam edəcək iclasda cari ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, işçi qrupların hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın icraiyyə şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.