Xəbərlər
Bakıda Astananın 20 illiyi qeyd edilib
Qazaxıstanın Azərbaycandakı səfirliyində Astana şəhərinin paytaxt elan edilməsinin 20 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, Milli Məclisin deputatları, diplomatlar, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Rəsmi qəbulda çıxış edən səfir Beybit İsabayev bildirib ki, Astana 20 il ərzində ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzi olmaqla yanaşı, beynəlxalq tədbirlərin keçirildiyi, qlobal təşəbbüslərin irəli sürüldüyü bir məkana çevrilib. Diplomat “Ekspo-2017” beynəlxalq sərgisinin də Astanada uğurla keçirildiyini bildirib.
Tədbirdə Astananın müasir memarlıq üslubunu, inkişafını, Qazaxıstanın mədəniyyətini əks etdirən videoçarx nümayiş olunub.