YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası hər bir seçkiyə daim yüksək məsuliyyətlə yanaşır

«Seçkilər hər bir siyasi partiyanın fəaliyyətinin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası da hər bir seçkiyə daim yüksək məsuliyyətlə yanaşır». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində deyib.

Əli Əhmədov bildirib ki, siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək və uğur qazanmaqdır. Ölkəmizdə 2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran YAP Sədrinin müavini partiyamızın bu seçki kampaniyalarında da yüksək fəallıq və uğurlu nəticə göstərəcəyinə əminliyini ifadə edib.

«Aprelin 11-də keçirilən prezident seçkiləri kampaniyasında da partiyamız yüksək fəallıq göstərdi. Xalqımız bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevə bir daha etimad göstərdi. Qarşıdakı 7 ildə  Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edəcək və ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq. Növbəti 7 il ərzində də Azərbaycanın beynəlxalq müsvətidə mövqeyi daha da güclənəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək və əhalinin rifahı yüksələcək»-deyə, YAP Sədrinin müavini vurğulayıb.