YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib

Norveçin “Equinor” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadakı Hofburq sarayında keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarı çərçivəsində iyunun 21-də “Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizi və TANAP boru kəmərinin açılışının əhəmiyyətindən danışılıb. TANAP layihəsinin nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilməsi təqdir edilib. Bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı və işlənməsi ilə bağlı imzalanmış sazişlər neft-qaz sahəsində əməkdaşlığın inkişafında mühüm hadisələr kimi qiymətləndirilib. Şirkətin bərpaolunan enerji sahəsində yeni fəaliyyət istiqaməti çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.