Xəbərlər
Xanhüseyn Kazımlı: Ölkə iqtisadiyyatının inkişafı istiqamətində uğurlu islahatlar həyata keçirilir
«Bu gün ölkə iqtisadiyyatının inkişafı istiqamətində uğurlu islahatlar həyata keçirilir». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.
X.Kazımlı bildirib ki, həyata keçirilən islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir.
«Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan özünün inkişaf modelini seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb. Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir. Hazırda həyata keçirilən islahatlar da inkişaf baxımından yeni perspektivlər vəd edir»- deyə, deputat qeyd edib.