Xəbərlər
Heydər Əliyev Mərkəzinin binası üzərində “Heydər Əliyev 95” kompozisiyası təqdim olunub
Heydər Əliyev Mərkəzinin binası üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə hazırlanmış videoinstalyasiya təqdim edilib.
Bakının simvollarından biri, dünyanın modern memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilən kompozisiya müasir Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycana bağlılığını, ölkəmizdəki tərəqqini və Ulu Öndərə xalq məhəbbətini əks etdirib.
Videoinstalyasiya Azərbaycan Respublikasının bayrağı, ümummilli lider Heydər Əliyevin və müasir Azərbaycanın fotolarından ibarət olub.
“Xalq Heydər söyləyəcək” mahnısı ilə müşayiət olunan videoinstalyasiya saat 20:00-dan gecəyarıyadək davam edib.