Xəbərlər
Ziyafət Əsgərov: Bu bəyanat anti-Azərbaycan qüvvələrin və ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır
«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır». Bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, bu bəyanat anti-Azərbaycan qüvvələrin və ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.
«Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır . O, öz iradəsini 11 apreldə tam azad surətdə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır»-deyə, Ziyafət Əsgərov vurğulayıb.