Xəbərlər
YAP İmişli rayon təşkilatı təbliğat-təşviqat qrupunun üzvləri rayonun Şahverdili və Göbəktala kəndlərində seçicilərlə görüş keçiriblər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İmişli rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Şahverdili və Göbəktala kəndlərində seçicilərlə görüşlər keçiriblər.
Tədbiri giriş sözü ilə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü sosial siyasətin həyata keçirilməsi əhalinin firavanlığını təmin etmiş, sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara diqqət gücləndirilmişdir. Bu uğurları görən ölkə vətəndaşlarının 11 aprel seçkilərindəki seçimi təbii ki, bu firavanlığın davamı olacaqdır.
Görüşlərdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Dünyamalı Əliyev bildirib ki, ictimai –siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003-2018-ci illərdə Prezident İlham Əliyevin xarici siyasətin əsas prioritetlərindən biri olub.
Kənd ağsaqqalı Hacı Telman da çıxış edərək bildirib ki, imişlililər 11 aprel prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.
Tədbirdə çıxış edənlər kənd sakinlərini 11 apreldə hamılıqla YAP-ın namizədinə səs verməyə çağırıblar.