Xəbərlər
YAP Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş 30 mart 2018-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı və Səmədabad kəndlərinin seçiciləri ilə keçirildi.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdi. Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi. Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun Xırmandalı və Səmədabad kəndlərinin seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq bütün Xırmandalı və Səmədabad kəndlərinin seçicilərini 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə iştirak edən seçicilərdən Sarıgül Mizəyeva, Əhmədağa Teymurov, Kamal Teymurov, ilk dəfə səs verən seçicilərdən Çinarə Hacıyeva, Bəhəm Nuralıyev çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.