Xəbərlər
Biləsuvar rayonunda növbəti görüş gənclər ilə keçirildi
11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayonun gəncləri ilə keçirildi.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev açaraq qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdi. Azərbaycan Respublikasında gənclərlə bağlı olan Dövlət Proqramlarından, onların həyata keçirilməsindən gənclərə olan dövlət qayğısından ətraflı məlumat verdi.
Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, Filologiya Elmləri Doktoru, Professor Fikrət Cahangirov, millət vəkili Xanhüseyn Kazımlı, Milli Məclisin deputatı Mirkazım Kazımov çıxış edərək bildirdilər ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosil islahatlar nəticəsində təsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Azərbaycan bu gün bütün dünyada multukultural və tolerant mərkəzinə çevrilmişdir.
Çıxış edən gənclər bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə Biləsuvarlı gənclər bir nəfər kimi Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəkdir.