Xəbərlər
Elmira Süleymanova: Beynəlxalq birlik erməni təcavüzkarlığına son qoymalıdır
«Beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən Ermənistan təcavüzkar siyasətini davam etdirir». Bu fikri İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.
E.Süleymanova bildirib ki, ermənilər tərəfindən «Böyük Ermənistan dövlətinin» yaradılması ideyası bu gün də davam etdirilir.
Onun sözlərinə görə, beynəlxalq birlik bu kimi hallara reaksiya verməli və erməni təcavüzünə son qoyulmalıdır.
«İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım beynəlxalq aləm tərəfindən tanınmalıdır. Son illərdə beynəlxalq birlik tərəfindən Azərbaycana göstərilən dəstəyin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir»-deyə, ombudsman vurğulayıb.