YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda imzatoplama kampaniyasında yüksək mütəşəkkillik müşahidə edilib

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin müdafiəsi üçün Nizami rayonunda imzatoplama kampaniyası keçirilib.

Kampaniyadan öncə imzatoplayan fəallara treninq keçirilib. İmza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.

Fevralın 16-də isə Yeni Azərbaycan Partiyasının seçki qərargahının Nizami rayon şöbəsinin fəalları rayonda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə müvafiq olaraq tələb olunan sayda imza toplayıblar.

Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının seçki qərargahının Nizami rayon şöbəsinin 20-dən artıq fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza yığıblar.

Yeni Azərbaycan Partiyasının seçki qərargahının Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva imzatoplama kampaniyası ilə əlaqədar bildirib ki, seçicilər kütləvi şəkildə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin müdafiəsi üçün imzalarını verərkən dövlətimizin başçısının siyasətini dəstəklədiklərini və seçkilərdə ona səs verəcəklərini də deyiblər.

Qeyd edək ki, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində (Nizami rayonu üzrə) 22 min nəfərdən çox, 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 40 min nəfərə qədər, 25 saylı Nizami II Seçki Dairəsi ərazisində isə 46 min nəfərədək seçici qeydiyyatdadır.