Xəbərlər
“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” təsis edilib
Prezident İlham Əliyev fevralın 1-də “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün dövlət büdcəsindən əlavə 220 min manat vəsait ayrılıb.
Dövlətimizin başçısı Sərəncamı Xalq Yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalayıb.
Sərəncamda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Mərkəzin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri həll etmək tapşırılıb.