YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Gənclər YAP-ın üzvü olmaqla ölkəmizdə həyata keçirilən siyasətə öz töhfələrini vermək imkanı qazanırlar

«YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. Beləliklə, YAP-ın  gəncləri hakim partiyanı layiqincə təmsil edə bilirlər». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki,  biz gənclərin simasında gələcəyin qurucularını görə bilirik. Bilirsiniz ki, ölkəmizdə əhalinin sayı hər il təxminən 100 min nəfər artır. Bu fakt əhalinin təkibində gənclərin çəkisinin nə qədər böyük olduğunu göstərir.

«Bu, həmçinin o deməkdir ki, gənclər nə qədər böyük potensiala malikdir və ölkənin gələcəyi gənclərin tutduğu mövqedən nə qədər asılıdır. Azərbaycan hökuməti bu reallıqları düzgün qiymətləndirir və buna uyğun olaraq da Azərbaycan Prezidenti tərəfindən uğurlu gənclər siyasəti keçirilir. Dövlətimiz gənclərin inkişafı, yüksək bilik və bacarıqlar əldə etməsi, onlar üçün layiqli həyat şəraitinin yaradılması üçün bütün zəruri addımları atır. Bu siyasət öz bəhrəsini verir. Gənclər bu siyasəti yüksək qiymətləndirir və onlara göstərilən diqqəti cənab Prezidentin siyasətinə və dövlətə sədaqətləri ilə təsdiq edirlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar»-deyə, YAP Sədrinin müavini vurğulayıb.