Xəbərlər
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşü keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir.