Xəbərlər
ABŞ-ın Energetika Nazirliyi: Azərbaycanda neft və kondensatın gündəlik hasilatı artacaq
2018-ci ildə Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barrel təşkil edəcək.
Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası (EIA) İdarəsinin proqnozunda deyilir. /Trend/
EIA qeyd edib ki, 2017-ci ildə gündəlik neft və qaz hasilatı 0,8 milyon barrelə bərabər olub.
2019-cu ildə isə bu göstəricinin 0,77 milyon barrelə bərabər olacağı proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2018-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 0,81 milyon barrel, ikinci rübündə 0,8 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,77 milyon barrel təşkil edəcək.
Eyni zamanda 2019-cu il üçün gündəlik neft hasilatı birinci və ikinci rüblərdə 0,78 milyon barrel, üçüncü rübdə 0,77 milyon barrel, dördüncü rübdə 0,76 milyon barrel həcmində proqnozlaşdırılır.