Xəbərlər
ABŞ-ın Enerji İnformasiya Administrasiyası: Bu il “Brent”in orta qiyməti 60 dollar/barrel olacaq
2018-ci ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 60 dollar olacaq.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, “Brent”in 2017-ci il üçün orta qiyməti 54 dollar/barrel olub, 2018-ci ildə 60 dollar/barrel və 2019-cu ildə 61 dollar/barrel səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.
“Layt” markalı xam neftin bir barrelinin qiyməti ilə “Brent” nefti arasında qiymət fərqinin 2018-ci və 2019-cu illərdə orta hesabla 4 dollar olacağı təxmin edilir. EIA-ya görə 2018-ci ildə “Layt” neftinin qiyməti 58 dollar/barrel olacaq.