YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və bu istiqamətdə ciddi addımlar atır

«Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və bu istiqamətdə ciddi addımlar atır». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın yolu demokratiya yoludur. Onun sözlərinə görə, ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər.

«Müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də, ölkəmizlə  təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlamızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil»-deyə, deputat vurğulayıb.