Xəbərlər
Jalə Əliyeva: 2017-ci il ölkəmizin mədəniyyət sahəsi üçün uğurlu il kimi yadda qalacaq
«2017-ci il ölkəmizin mədəniyyət sahəsi üçün də uğurlu il kimi yadda qalacaq». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər mədəniyyət sahəsinin inkişafına da töhfələr verir. Onun sözlərinə görə, ölkəmiz mədəni ünsiyyətin məkanlarından biridir.
«Paytaxt Bakıda dördüncü dəfə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra vacib və qlobal çağırışlarla yadda qaldı. Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium, eləcə də ənənəvi beynəlxalq musiqi festivalları yola saldığımız ilin zənginliyindən xəbər verir. Bu il Azərbaycan musiqisinin və mədəniyyətinin beynəlxalq müstəvidə təbliği də uğurla davam edib Qazanılan uğurlar Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir»-deyə, J.Əliyeva qeyd edib.