Xəbərlər
Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Dekabrın 29-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.