YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: 2017-ci ildə sosial-iqtisadi və digər sahələrdə əldə olunan müsbət inkişaf dinamikası növbəti il üçün yeni perspektivlər vəd edir

«2017-ci ildə sosial-iqtisadi və digər sahələrdə əldə olunan müsbət inkişaf dinamikası imkan verib ki, 2018-ci il üçün maksimum dərəcədə balanslaşdırılmış, Azərbaycan xalqının milli və dövlət maraqlarına cavab verən dövlət büdcəsi qəbul edilsin». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində büdcə gəlirləri 20,1 milyard manat, xərcləri isə 21,047 milyard məbləğində təsdiq edilmişdir. Onun sözlərinə görə, 2017-ci ilə nisbətən büdcə gəlirləri 20%, xərcləri isə 17.3 % artımla nəzərdə tutulmuşdur.

«2018-ci ilin büdcəsi sosialyönümlü büdcə olaraq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə bir çox sosial proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2018-ci ilin dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5% olmaqla, 7004,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqyisədə 147,9 milyon manat və ya 2,2% çoxdur. 2018-ci ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5371,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilə nisbətən 80,8 milyon manat və ya 1,5% çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7% təşkil edəcəkdir»-deyə, R.Əliyev vurğulayıb.