Partiya xəbərləri
YAP Ağdam rayon təşkilatı “700 min ağac əkək” kompaniyası çərçivəsində növbəti aksiya keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibəti ilə “700 min ağac əkək” kompaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı Bayraq Meydanı və Bayraq Muzeyi ətrafında ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Ağdam rayon təşkilatının Şura üzvləri , Qadınlar şurasının və Gənclər Birliyinin fəalları, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər. Aksiya iştirakçıları 900 ədəd ağac əkiblər.
Növbəti ağacəkmə aksiyası yanvarın 13-də keçiriləcək. Ümumilikdə rayon üzrə 6500 ədəd ağac əkilməsi nəzərdə tutulmuşdur.