YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Pambıqçılığın inkişafına diqqət daha da artırılıb

2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayev bildirib ki, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 13400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 544,4 milyon manat güzəştli kredit verilib.

«Dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb»- deyə, icraçı direktor vurğulayıb.