YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Partiyalar üçün ən vacib seçkilərdən biri bələdiyyə seçkiləridir

«Məlumdur ki, Azərbayanda 2000-ə yaxın bələdiyyə və onların da 20 min nəfərə qədər üzvü var. Partiya kimi seçkilərdə iştirak etməkdən ötrü ən azı bələdiyyələrin 30 faizində namizədlər qeydə alınmalıdır». Bu sözləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkəmizdə bələdiyyə seçkilərində iştirak etmək üçün prosedurlar sadədir. Onun sözlərinə görə, hər namizəd üçün maksimum 150, minimum isə 15 imza toplanılmalıdır.

«Lakin bu gün radikal müxalifətin sosial bazası, eloktoratı olmadığı üçün onlar bələdiyyə seçkilərində iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırmaq istəyirlər. Partiyalar üçün ən vacib seçkilərdən biri bələdiyyə seçkiləridir. Çünki bələdiyyələr bütün bölgələri, yaşayış ərazilərini əhatə edir və yerli strukturların möhkəmlənməsi, seçki texnologiyalarının öyrənilməsi, seçmək və seçilmək hüququndan istifadə edilməsi baxımından hər bir partiya üçün bələdiyyə seçkilərində iştirak etmək vacibdir. Yəqin ki,  müxalifət partiyaları bunu yaxşı bilir, amma elektoratı olmadığı üçün partiya şəklində bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Onların digər bəhanələri sçkilərdə iştirak etməmək üçün heç bir əsas ola bilməz. Yalnız və yalnız elektoratın olmaması radikal düşərgənin partiya şəklində bələdiyyə seçkilərində iştirak etməməsinə səbəb olar bilər. Başqa səbəb yoxdur»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.