YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycanı xaricdə təmsil edəcək gənclərin üzərinə böyük məsuliyyət düşür

«Azərbaycanı xaricdə təmsil edəcək gənclərin üzərinə böyük məsuliyyət düşür».  Bunu Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Avropa ölkələrində oxuyacaq tələbələr Azərbaycanın maraqlarını və bu ölkələrlər olan müanasibətlərinə xüsusi diqqət yetirməlidir. Onun fikrincə, Avropa ölkələri ilə münasibətlər əsas məsələdir.

«Bütün beynəlxalq qurumlar, siyasi institutların əksəriyyəti orada yerləşir.Qeyd edim ki,  Avropa bizə daha yaxın olduğuna görə, ölkəmizlə bağlı  müəyyən məsələlər bu təşkilatlarda müzakirə olunur. Bəlli olduğu kimi Avropanın bəzi qurumlarında ölkəmizə qarşı ikili standartlar və müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalara baxdıqda açıq görmək olur ki, bir çox məsələlər Azərbaycanın inkişafını dayandırmaq məqsədini daşıyır.  Bu baxımdan Avropada oxuyan tələbələrin üzərinə böyük məsuliyyət düşür»- deyə, deputat qeyd edib.