Xəbərlər
NATO sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənəcəyi ifadə edilib
NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənəcəyi bildirilib.
Bəyannamənin Azərbaycandan bəhs edilən 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəkdir.