Xəbərlər
Rövşən Rzayev: Azərbaycanın əsas şərti torpaqlarımızın işğaldan azad edilməsidir
«Azərbaycanın razılığı olmadan Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə qoşulması mümkünsüzdür». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, bütövlükdə bu layihə Azərbaycanın təşəbbüsünün nəticəsi olaraq reallaşıb. Onun sözlərinə görə, Azərbaycanın əsas şərtlərindən biri işğalçı dövlətin bu xəttə qoşulmamasıdır.
«Gələcəkdə Ermənistanın bu dəmiryolu xəttinə qoşulması üçün Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Təbii ki, Azərbaycanın əsas şərti torpaqlarımızın işğaldan azad edilməsidir. Əgər işğal altındakı torpaqlar azad ediləcəksə, bununla da məsələ bitmiş olur. Bundan sonra Ermənistanın regional layihələrə, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə qoşulması mümkündür»- deyə, deputat qeyd edib.