Xəbərlər
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
Bu gün Tbilisi şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.