Xəbərlər
“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşulub

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17 və Sikorski S-70 helikopterləri iştirak edir.