YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Elm sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir

«Elm sahəsinin inkişafı həmişə Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, «Elm haqqında» qanun bu baxımdan bu sahənin inkişafına müsbət təsir göstərir.

«Elmin inkişafı sahəsində qanunvercilik bazası bir çox məsələlərin həllini nəzərdə tutub. Bu gün Azərbaycan yüksək sürətli inkişaf tempinə malikdir və əldə edilən nəticələr bütün sahələr üzrə inkişaf meyllərini şərtləndirir. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin inkişafı sahəsində də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir»- deyə, Y.Mahmudov vurğulayıb.